AZ
Video yüklə

İmzası "Azərbaycan"

3 baxış Son xəbərlər
O 1893-cü il mayın 31-də Ağdaş qəzasında dünyaya gəlmişdi. Amma imzası ilə bütün Azərbaycanda məşhurluq qazandı. Redaktoru olduğu Rus Dilli Azərbaycan qəzetində o adətən yazılarının altına Şəfi Bəy Rüstəmbəyli yox, Azərbaycan imzası qoyardı. Özü də elə qanıyla canıya Azərbaycana bağlı bir adam idi.



Şəfi Bəyin siyasətçi kimi formalaşmasında da hüquq təhsili aldığı Kiyev mühitinin mühüm rolu olmuşdu. Bu o dövrlər idi ki, yazıçı Yusif Vəzir Çəmənzəminli tərəfindən gizli şəkildə Müsəlman Demokratik Müsavat Partiyasının Kiyev şöbəsi yaradılırdı. Şəfi Bəyin gələcəkdə ictimai siyasi xadim kimi yetişməsində bu məsələnin ciddi təsiri olur. Sonradan o istiqlala bəyənnaməsinə də imza atır, Azərbaycan qəzetində maraqlı məqalələrə də, Daxili İşlər Nazirinin müavini kimi bir sıra vacib sənədlərə də.



Mustafa Bəy Rüstəmbəyli dövrünün tanınmış ziyalılarından olub. Rəsulzadə zöünün Azərbaycan cümhuriyyəti kitabında sitiqlal şəhidləri sırasında Ağdaş əyyanından Mustafa Bəyin də adını çəkir. O cümhuriyyət ordusuna 20 min çəkmə bağışlamış, ordunu paltarla ərzaqla təmin edən adam idi. Şəfi Bəy Rüstəmbəyliyə gəlincə....

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.