İmişlidə 5 nəfər brakonyer saxlanıldı
546 baxış
Son xəbərlər
İmişli rayonunda 5 nəfər brakonyer saxlanılıb Xezerxeber.az-ın məlumatına görə, onlardan 3 ədəd odlu silah, xeyli sayda ov quşu və eyni zamanda ov ləvazimatları aşkar edilib. Brakonyerlərdən Kürdəmir sakinləri, Cəfər Hüseynov, Füzuli Həsənov və Bakı sakini Zamin İsmayılovun 80-ə yaxın çöl quşunu qanunsuz olaraq ovladığı müəyyən edilib. Həmçinin əməliyyat zamanı İmişli sakinləri Kənan Yaqubov və Cavid Quliyev də saxlanılıb. Keçirilən əməliyyat zamanı brakonyerlərdən ümumilikdə 3 ədəd ov silahı, xeyli maket və digər ov ləvazimatları, həmçinin 100-ə yaxın müxtəlif növ ov quşu götürülüb. Faktla bağlı araşdırma aparılır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.