Hindistanın Udaypur şəhərində tutulmuş 4 metrlik piton ilanının içindən it çıxıb. Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, ilanı Umarda kəndində tövlənin yanında görüblər. Yerli sakinlər kömək üçün vəhşi heyvanları xilas edən təşkilata müraciət ediblər. Oraya gələn xilasedicilər pitonu təhlükəsiz yerə aparmaq üçün qaldırarkən, onun boğulduğunu gördülər. İlan çətinliklə də olsa, ovunu ağzından çıxara bilib. Yarım saata yaxın davam edən xilasetmə əməliyyatından sonra, pitonu Baqdar milli parkına aparıraq azadlığa buraxıblar.