Hərbi qulluqçulara ordan və medallar verildi
12 baxış
Son xəbərlər
Bu gün həmçinin Yasamal və Binəqədi Rayon İcra Hakimiyyətlərində Silahlı Qüvvələrin yaranmasının ildönümü və Vətən müharibəsi zamanı ərazilərimizin işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə şəhid olan şəxslərin ailə üzvləri və qazilərlə görüş keçirilib.
Vətən müharibəsinin ilk günlərindən Yasamal rayon sakinlərinin fəal şəkildə ordu sıralarına qoşulduğunu söyləyən sözügedən rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, adıçəkilən rayonun 33 şəhid verdiyini bildirib. Təltif edilməkdən qürur duyğunu deyən Vətən müharibəsi qazisi Ülvi Əliyev, dövlət tərəfindən göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edib.
Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının daim qayğı ilə əhatə olunduğunu söyləyən qazi Rəhim Həmzəyev isə, sevinc hisləri keçirdiyini qeyd edib.
Daha sonra hərbi qulluqçulara orden və medallar təqdim olunub.
Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən tədbir isə, dövlət himnimizin səsləndirilməsi və Vətən müharibəsi dövründə ordumuzun şücaətini əks etdirən və Azərbaycan prezidetinin xalqa müraciət kadrlarından ibarət video-çarxla başlanıb.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Silahlı Qüvvələrin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində mühüm işlər görüldüyünü bildirib. Tədbirdə dövlət başçısının müvafiq sərəncamlarına əsasən, ölümündən sonra təltif edilən şəhidlərimizin ailə üzvləri, qazilər və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub.
Qeyd edək ki, tədbir bədii hissə ilə sona çatıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.