AZ
Video yüklə

Həcc ziyarəti başlayır

11 baxış Son xəbərlər
Azərbaycanlı zəvvarların 2-ci qrupu Səudiyyə Ərəbistanına yola düşüb

Azərbaycandan Həcc ziyarətinə gedən ikinci zəvvar qrupu Səudiyyə Ərəbistanına yola düşüb.



Zəvvarları Heydər Əliyev Beynəlxalq Hava Limanından ailə üzvləri, yaxınları yola salıb. Onları səfərdə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi müşayiət edir.



Növbəti qruplar isə avqustun 3-də iki reyslə (11:20 və 12:40) ziyarətə yola düşəcək.



Qeyd edək ki, Həcc ziyarətinə səfər avqustun 5-nə qədər 8 təyyarə reysi ilə həyata keçiriləcək. Gün ərzində iki təyyarə reysinin uçuşu nəzərdə tutulub.



Azərbaycana geri dönüş avqustun 22-dən başlayacaq.



Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Qiymətlərdə 75 dollar artım var. Yəni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.



Avqustun 2-dən 5-nə qədər gediş, avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş olacaq.



Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.