Gürcüstanda Qarabağ müzakirəsi
3 baxış
Son xəbərlər
Bu gün Gürcüstanın paytaxtında ATƏT-in Parlament Assambleyasının “Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransı öz işinə başlayıb.
iki gün davam edəcək toplantıya Gürcüstanla yanaşı, Azərbaycan, Ermənistan, Qırğızıstan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistanın parlamentariləri də qatılıb.
Ölkəmizi beynəlxalq tədbirdə təmsil edən ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev REAL-a açıqlamasında konfransda Dağlıq Qarabağ münaqişəsi və münaqişənin yaratdığı problemlər barədə müzakirələrin aparıldığını dedi.
Konfransda qanunverici orqanın nəzarət funksiyasının gücləndirilməsi sahəsindəki təcrübələr də bölüşdürülüb, effektiv nəzarətin əhəmiyyəti də müzakirə olunub.
Eyni zamanda parlamentin fəaliyyətinə vətəndaş cəmiyyətinin cəlb olunması mexanizmi, parlamentlə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, icra hakimiyyəti ilə parlament arasında əməkdaşlıq bu məsələdə parlament komitələrinin rolu, və üzərinə düşən vəzifələri də müzakirə olunub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.