AZ
Video yüklə

Gürcü deputat sərhəddə əsgərlərimizə hörmətsizlik etdi: "Siz Orta Asiyadan gəlibsiniz"

451 baxış Son xəbərlər
Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən Keşikçidağ məbədi (gürcü tərəfi həmin tikilini Gereci kilsəsi adlandırır) ətrafında yaranan qalmaqal getdikcə böyüyür.



Unikal.org xəbər verir ki, bölgəyə gələn gürcü deputat Şalva Natelaşvili üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıarı təhqir etməkdən belə çəkinməyib. Belə ki, müxalif Liberal Partiyasının sədri Şalva Natelaşvili sərhədçilərimizə səslənərək belə deyib:



"Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar.Siz Orta Asiyadan gəlibsiniz.Sizin Qafqazla heç bir əlaqəniz yoxdur".



Sonra üzünü jurnanilistlərə tutaraq "bu Azərbaycanın Gürcüstana açıq-aşkar təcavüzü və işğalıdır. Rusiya bir tərəfdən, Azərbaycan da bir tərəfdən bizə təcavüz edir" kimi fikirlər səsləndirib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.