Gömrük qaydalarına dəyişikliklər
185 baxış
Son xəbərlər
Sahibkarlar arasında rəqabətin daha şəffaf olması təmin ediləcək Gömrük qaydalarına edilən son dəyişikliklərə əsasən fiziki şəxslər tərəfindən gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 800 dollara, poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limiti 300 dollara endirilib. Eləcə də, dəyişikliyə əsasən diplomatik şəxslər tərəfindən ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələrinə görə hədlər müəyyənləşdirilib. Ekspertlər hesab edir ki, gömrük qaydalarına dəyişikliklər sahibkarlar arasında rəqabət qabiliyyətinin daha şəffaf olmasını təmin edəcək. Eskperin fikrincə ölkənin fiskal siyasətinin həyata keçirilməsinə cavabdeh qurumlardan biri kimi dövlət büdcəsinə əlavə vəsaitlərin toplanması da bu qərarla mümkün olacaq. belə ki Qərarın vergitutma bazasının müəyyənləşdirilməsində göstərilib ki, bu proseslərdə, təxminən 70-100 milyon arasında vəsait dövlət büdcəsindən yayınır. Məhz bu yayınmalar qaçaq yolla fiziki şəxslərin adlarından istifadə edərək ölkəyə idxal olunan məhsullardan qaynaqlanır. Qeyd edək ki, 2013-cü ildəki qərarla bugünki dəyişiklikləri müqayisə etsək o zaman fiziki şəxslər üçün nəzərdə tutulan 1500 dollar limiti manat ekvivalenti ilə 1160 manat təşkil edirdi. Yəni alıcılıq qabiliyyəti ilə 2013-cü ildə 1160 manat təşkil etdiyi halda bugünki 800 dollar limiti 1360 manat ətrafındadır. Bu da 200 manata qədər əlavə artım deməkdir. Dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağıdır. Məsələn bəzi ölkələrdə güzəşt məbləğinin Rusiyada 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avrodur. Bütün bunlarla yanaşı, Avropa İttifaqının əksər ölkələrində 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20, İspaniya və Fransada isə 50 avrodur. Eyni zamanda əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.