AZ
Video yüklə

Gəncədə dezinfeksiya işləri davam etdirilir

13 baxış Son xəbərlər
Gəncədə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində şəhərdə tərtib edilən qrafikə uyğun olaraq növbəti dəfə dezinfeksiya işləri aparılıb.

Səhər saatlarından başlayaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə Gəncənin əsas küçə və prospektləri xüsusi dezinfeksiyaedici məhlulla yuyulublar.

Paralel olaraq, park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlarda, habelə əhalinin sıxlıq təşkil etdiyi digər ərazilərdə dezinfeksiya işləri görülüb.

COVİD-19 virusunun geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.