AZ
Video yüklə

FHN növbəti təlimini keçirdi

1 baxış Son xəbərlər
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 29 mart 2022-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 57 ünvanında yerləşən Azərbaycan Milli Kitabxanasında yanğın-taktiki təlim keçirib.

Təlimdə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail, Nəsimi və Nərimanov rayon Yanğından Mühafizə hissələrinin qüvvələri iştirak edib.

Təlimin keçirilməsində əsas məqsəd yüksək saylı çağırışlar zamanı yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.

Təlim zamanı yüksək saylı çağırışla “hadisə yerinə” operativ cəlb olunan yanğından mühafizə qüvvələri tərəfindən kitabxananın 2-ci mərtəbəsində baş vermiş şərti yanğının söndürülməsi, zərərçəkmişlərin təxliyəsi, kitab və əlyazmaların mühafizəsinin təmin olunması “əməliyyatı” həyata keçirilib.

Uğurla icra olunan təlimdən sonra əməkdaşların “yanğınla” mübarizə üzrə fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.