AZ
Video yüklə

FHN-dən vətəndaşlara çağırış

224 baxış Son xəbərlər
Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprel ayının 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

"Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq",- deyə məlumatda qeyd olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.