Fələstində Qüdsün, İordan çayının qərb sahilinin və Qəzza zolağının səhrədyanı rayonlarında cümə namazından sonra keçirilən etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində 110 nəfər yaralanıb. “Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Fələstin Qızıl Ay Cəmiyyətinin nümayəndəsi İrab əl-Fukah bildirib. “İordan çayının Qərb sahili və Qüdsdə 95 nəfər, Qəzza zolağında isə 15 nəfər yaralımız var”, - o vurğulayıb.