Ev sahibindən hörmətsizlik. Bacadan musiqi dinlətdi

  • 15.12.2022
  • 0

Türkiyədə ev sahibi kirayə verdiyi mənzildə yaşayanları evdən çıxartmaq üçün qəribə bir üsula əl atıb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ev sahibi gecələr bacanın borusundan səsgücləndiriciləri qoşaraq aşağı mərtəbədə yaşayanlara  psixoloji təzyiq etməyə başlayıb.

Bütün bu hadisələri lentə alan kirayəçi Nüsrət Durmaz polis şöbəsinə gedərək şikayət edib.

 

2 ildir bu evdə yaşadıqlarını izah edən Durmaz polisə şikayətində bildirib ki, hər ay kirayə pulunu ödəsələr də ev sahibi qiymətləri yüksəltdiyi üçün belə addımlara əl atır. 

"Bizi soba borusundan musiqi dinlətdirir. İndiki vəziyyət cəmiyyətin qanayan yarasıdır. Əgər haqlısansa, təslim olmayıb haqqını axtarmalısan", - deyə o bildirib.

Nə düşünürsən?