Ermənistanın hərdəmxəyal siyasəti
9 baxış
Son xəbərlər
Ermənistan hökuməti məsuliyyətli qərar vermək iqtidarında deyil.Hər dəfə olduğu kimi qarşı tərəf bu dəfə də müxtəlif bəhanələrlə aparılan danışıqları pozur.
Bunu REAL-a millət vəkili Rasim Musabəyov Ermənistan XİN rəhbəri Mnatsakanyanın ötən gün səsləndirdiyi fikirləri şərh edərkən bildirdi.
Politoloq Elxan Şahin oğlunun fikrincə Ermənistan bu cür davranışlarla danışıqlar prosesinin uzanmasında maraqlıdır. Münaqişənin həlli üçün mövcud vəziyyətin dəyişilməsi labüddür.
Xatırladaq ki, Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan ötən gün Yerevanda Ermənistanın diplomatik missiyalarının və konsulluqlarının rəhbərlərinin konfransında çıxış edərkən "Azərbaycanın gərgin şəraitdə danışıqlar aparmaq səyləri sülh üçün əlverişli mühit yaradılmasına mane olduğunu və bununla da problemin davamlı və hərtərəfli həllinə şərait yaratmadığını bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar bildirir ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu gələcəkdə də belə olacaqdır. Bütün dünya birliyi bu həqiqəti tanıyır və birmənalı olaraq
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.