Ermənistan ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən kənarlaşdırılıb. APA TV-nin erməni saytlarına istinadən məlumatına görə, general-leytenant Aykaz Bəhmənyanın işdən azad olunması barədə Serj Sərkisyan fərman imzalayıb. Bundan əvvəl Bəhmənyanın müdafiə naziri Vigen Sərkisyanın məsləhəti ilə istefa ərizəsi yazdığı bildirilirdi. Jurnalistlərə açıqlama verən nazir bunu generalın vəzifə səlahiyyətlərini lazımınca icra edə bilməməsi ilə əlaqələndirmişdi.