Ərdoğanın dayısı oğlu zəncirvari qəzada həlak oldu

  • 18.03.2018
  • 0

Türkiyənin Bolu Gərədə rayonunda zəncirvari avtomobil qəzası baş verib. N-XƏBƏR Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Yaralananlardan birinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayısı oğlu 55 yaşlı Bayram Əli Mutlu olduğu bildirilir. Onun xəstəxanada dünyasını dəyişdiyi xəbər verilir.

Nə düşünürsən?