Ərdoğan: Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir
1 260 baxış
Son xəbərlər
Prezident Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı Soçi şəhərinə edəcəyi səfər zamanı Rusiya Prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ problemini də müzakirə edəcəyini bildirib.
Bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan bundan əvvəlki görüşdə də Putinlə Dağlıq Qarabağ məsələsi ətrafında müzakirələr apardığını deyib. Türkiyənin dövlət başçısı vurğulayıb ki, Putin bu məsələdə əlindən gələni əsirgəməyəcəyini bildirib. “Bu məsələ ilə bağlı qarşıdakı görüşə də müzakirələrimiz olacaq, çünki Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
"Bu gün Soçidə keçiriləcək Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə fürsət düşən kimi Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəyəm. Putin məsələnin həlli ilə bağlı əlindən gələni etməyə çalışdığını demişdi. Mən 5 rayon məsələsində daha həssas olmalarını diqqətə çatdırdım. Çünki münaqişə hardasa 30 ildir, davam edir. Bu işi bu bölgədə həll edəcək güc Rusiyadır, Putindir. Bu gün imkan olsa, yenə də məsələni gündəmə gətirəcəyəm. Çünki Dağlıq Qarabağ məsələsi bizim də xüsusi məsələmizdir”.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.