Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sincanda bir fabrikin açılışında çıxış edib. Ərdoğan, Türkiyə sərhədlərində otuz minlik YPG ordusu quracağını açıqlayan ABŞ-a sərt sözlərlə cavab verib. “ABŞ bizim sərhədlərdə terror ordusunu quracağını bəyan edib. Bizə düşən bu terror ordusunu daha doğmadan boğmaqdır” deyən Ərdoğan, belə davam edib: “Türk silahlı qüvvələri Arfin və Münbiç məsələlərini həll edəcəkdir. Hərəkat hər an başlaya bilər”. Sərt sözlərlə ABŞ-ı tənqid etməyə davam edən Ərdoğan xəbərdarlıq da edib: “Qatil sürüləri ilə aramıza girməyin, əks halda ola biləcək istənməyən hadisələrə görə, biz məsuliyyət daşımırıq” Tamerlan Mehdi Minval.İnfo