AZ
Video yüklə

Enerji içkilərini içdikdən sonra bədənimizdə bunlar baş verir

11 baxış Son xəbərlər
Publika.az oxucularını məhz enerji içkilərinin insan orqanizminə necə təsir göstərməsilə tanış edib:
10 dəqiqə sonra
Kofein qan dövranına qarışaraq təzyiqi və ürək döyüntülərini artırır.
15 dəqiqə sonra
Konsentrasiyanı artırır.
30 dəqiqə sonra
Kofein yuxunu qaçırır və göz bəbəkləri böyüyür.


1 saat sonra
Enerjiverici təsiri azalır. Bədən özünü yenidən yorğun hiss etməyə başlayır. İçki getdikcə orqanizmdəki lazımlı elementləri xaric edir.
6 saat sonra
Kofein səviyyəsi 50 faizə qədər azalır.
12 saat sonra
Kofein tamamilə yox olur. Bunun nə qədər sürətli baş verəcəyi fiziki fəallıq və yaşla bağlıdır.
24 saat sonra
Enerji içkiləri baş ağrısına, həssaslığa və həzm problemlərinə səbəb olur. Bir müddət sonra enerji içkilərinin təsirini hiss etməməyə başlayırsınız.
14 gün sonra
Orqanizminiz mütəmadi olaraq kofein qəbul etməyə alışır, içkinin təsiri azalır. Yuxusuzluq, şəkərlə bağlı köklük, sinir pozğunluğu və duyğusallıq, ürək döyüntüsünün sürətlənməsi və yüksək təzyiq meydana çıxır.
Aytən

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.