Əlil olanlar bu gün yenə də vətən üçün döyüşür
11 baxış
Son xəbərlər
“Qarabag Əlil Döyüşçülər" Futbol Federasiyası (QƏDF) İçtimai Birliyi 27.12.2018-ci il tarixdə 1118-G65-3652 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Federasiyanın tərkibində Abşeron, Sumqayıt, Gəncə, Kəpəz, Tovuz və Qazax amputant futbol komandaları yaradılmış və onlar arasında respublika çempionatı keçirilir. Fəaliyyət göstərən komandaların tərkibindən (65 nəfər) milli komandamız formalaşdırılmışdır. Qeyd edirik ki, Federasiyanın tərkibi Qarabağ uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirmiş 1-c- və 2-ci qrup əlil şəxslərdən ibarətdir. 2018-2019-cu ildə 3 dəfə Gürcüstan Respublikasında, Türkiyə, Ukrayna və Polşa Respublikalarında Beynəlxalq Yoldaşlıq yarışlarında iştirak edərək ugurlu nəticələr əldə etmişik. “Qarabag Əlil Döyüşçülər” Futbol Federasiyası Avropa Amputant Futbol Federasiyasına (AAFF) üzv seçilmiş və Polşanın Varşava şəhərində 2020-ci il üçün nəzərdə tutulmuş Avropa Çempionatında iştirak etmək hüququ qazanmış və “B” qrupunda yer almışdır. Lakin, dünyada baş vermiş koronovirus pandemiyası nəticəsində Avropa çempionatının keçirilməsi 2021-ci il sentyabr ayına təxirə salınmışdır. Bununla yanaşı 18-21 sentyabr 2020-ci il tarixdə Polşanın Varşava şəhərində keçiriləcək Avropa Amputant Futbol kubokunun final mərhələsinə dəvət almışıq. Həmçinin, 29.10.20-02.11.20 aylarında Türkiyənin Qazıyəntəpə şəhərində keçiriləcək Çempionlar Liqasına dəvət almışıq. Hazırki vəziyətlə əlaqədar, Federasiyanın maliyyə durumu, maddi-texniki bazası zəifləmişdir. Qeyd olunan yarışlara getmək üçn çətinliklər yaranmışdır. Bundan əlavə oyunçuların geyim formalarının və çəliklərinin yenilənməsinə ehtiyac vardır. Yuxarıda göstərilən tədbirlərin keçirilməsi, təşkili, eləcə də Federasiyanın inkişaf etdirilməsində Heydər Əliyev Fondunun yüksək qayğısı, Respublika Gənclər və İdman Nazirliyinin, AFFA-nın dəstəkləri olmuşdur.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.