AZ
Video yüklə

Əli Kərimli yenə özünü ifşa etdi

60 baxış Son xəbərlər
Əslində Xocalı soyqırımı və bu kimi hadisələrin ildönümü bir milli məsələdir. Bu hər cür siyasi mübarizənin və məqsədin fövqündə dayanır. Hər il olduğu kimi Azərbaycan xalqı bu anlayışın fərqindəydi. Və tək yumruq kimi öz liderinin – Prezidentinin ətrafında birləşdi.



Keçirilən ümumxalq yürüşündə Prezident İlham Əliyevin arxasınca 53 minlik bir insan izdihamı yürüdü. Amma bu ümumxalq hüzn gününü öz cılız siyasi məqsədlərinə vasitəyə çevirənlər də tapıldı.



Bütün milli məsələlərdə hər zaman Azərbaycan dövlətinə müxalif qalan radikallar bu dəfə də xislətindən vaz keçmədi. Əli Kərimli ümumxalq yürüşünə qatılmayaraq ətrafındakı 5-10 nəfərlə Xocalı abidəsinə ayrıca gəldi. Bununla da bir daha göstərdi ki, onun üçün ümummilli məsələ anlayışı yoxdur.



Öz siyasi məqsədlərinə hər şeyi qurban verən Əli Kərimli növbəti dəfə özünü ifşa etdi. Həm də nə qədər zəif və aciz olduğunu nümayiş etdirdi. Özünü müxalifətin lideri adlandıran Əli Kərimlinin ətrafında 5-10 nəfər var idi. Özü də bu insanların da sayı da get-gedə azalıb. Yəqin ki, mitinqlərdən fərqli olaraq bu dəfə həmin adamlara pul vəd etməyib. Ətrafında barmaqla sayılacaq qədər bu şəxs görəsən nəyin sayəsində hakimiyyətə iddia edir. Pafoslu çıxışlarla hansı dəstəkdən danışır.



Əgər Əli Kərimli xalq dəstəyinin necə olduğunu görmək istəyirsə, dövlət başçısının arxasında yürüyən izdihama baxsın.



Xalq kimə inanırsa, kimə güvənirsə, o şəxsin də arxasınca gedir.



Pafoslu çıxışlara, boş vədlərə inanmayanların sayı elə bu gün Əli Kərimlinin ətrafındakı insanlar qədərdir. Xalqın mütləq əksəriyyəti isə vədlərini əməlləri ilə bütövləşdirən, hər zaman öz xalqının yanında olan əsl liderini, Prezidentini dəstəkləyir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.