AZ
Video yüklə

Din xadimlərinin ABŞ-a səfəri davam edir

4 baxış Son xəbərlər
Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbər və təmsilçilərinin ABŞ-yə səfəri davam edir.

Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Vaşinqtonda rəsmi şəxslərlə görüş keçirib və Azərbaycanda dini azadlığın hazırkı vəziyyəti müzakirə edilib.

Azərbaycan Bibliya cəmiyyətinin sədri Rasim Xəlilov da Vaşinqtona səfər edən nümayəndə heyətinin tərkibində dövlət departamentində keçirilən görüşə qatılıb. Bibliya cəmiyyətinin sədri deyir ki, Beynəlxalq Din Azadlığı Komissiyası ilə keçirilən görüşdən xoş təəssüratla ayrılıb.

Katolik kilsəsinin apostol prefekturası, Bakı şəhəri Azərbaycan Bibliya Cəmiyyəti Xristian dini icması, eləcə də Avropa yəhudiləri və Gürcü yəhudilərinin Bakı dini icmalarının rəhbər və təmsilçilərinın daxil olduğu nümayəndə heyəti senatda görüşlər keçirib, bundan başqa Din Azadlığı Komissiyasının rəhbər şəxsləri ilə müzakirələr aparılıb. Görüşlərdə S.Heydərov tərəfindən Komissiya və İdarənin builki hesabatlarının Azərbaycanla bağlı hissəsində yer almış qeyri-obyektiv məqamlarla bağlı narahatlıq ifadə edilib.

Səfər çərçivəsində Real TV-ə açıqlama verən Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov din azadlığı ilə bağlı reallıqları görmək üçün Din Azadlığı Komissiyasının, eləcə də Dövlət Departamenti rəsmilərinin Azərbaycana dəvət edildiyini bildirdi.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin səfəri iyul 2-nə qədər davam edəcək.

REAL TV, ABŞ

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.