AZ
Video yüklə

Dağlıq ərazilərdə taxıl biçini başladı

21 baxış Son xəbərlər
Azərbaycanın dağlıq və dağətəyi ərazilərində taxıl biçininə start verilib.

Yardımlının yüksək dağlıq ərazisi olan Ərsilə kəndində biçindən sonra xüsusi riper avadanlığının köməyi ilə yay şumu aparılıb, fermerlərə yay şumunun əhəmiyyəti barədə məlumat verilib.

Ümumiyyətlə, bu il Yardımlı rayonunda 3 min 549 hektar sahədə payızlıq taxıl əkilib. Dağlıq ərazilərdə biçin xüsusi dağ kombaynları vasitəsilə həyata keçirilir.

İxtisaslaşmış dağ kombaynlarının əsas xüsusiyyətlərindən biri məhsulu itkisiz yığmasıdır. Eyni zamanda, dağ kombaynları 20 dərəcə nəmlikdə biçin apara bilir ki, bu da məhsulun daha tez yığılmasını təmin edir. Tam kompüterləşdirilmiş, innovativ dağ kombaynları yamaclarda 38 dərəcə bucaq altında, hündürlükdə isə 32 dərəcə bucaq altında biçin apara bilir.

Yaxın günlərdə Lerik, Cəlilabad, Şəmkir rayonlarının yüksək dağlıq ərazilərində dağ kombaynlarının iştirakı ilə kütləvi biçin başlayacaq.

Qeyd edək ki, Biçin prosesinə min 639 kombayn cəlb olunub. Bunlardan 650 kombayn “Aqroservis” ASC-nin balansında olan kombaynlardır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.