Deputat Astan Şahverdiyev vəfat etdi
8 baxış
Son xəbərlər
Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev vəfat edib.
APA-nın məlumatına görə, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda qəfil ürək tutmasından dünyasını dəyişib.
Onun meyiti Bakıya gətirilərək “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Fizuli şəhərində anadan olub. 1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olub və 1970-ci ildə İnstitutu bitirib. 1972-1974-cü illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edib.
2001-ci ildə Azərbaycan Texniki Universitetinin «İstilik və soyuqluq texnikası» kafedrasının müdiri vəzifəsinə seçilib. Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub.
Astan şahverdiyev Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Elm sahəsində Z. Tağıyev adına mükafatın laureatıdır.
2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Milli Məclisin deputatıdır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.