Daha dörd nəfər “patı” satarkən tutulub
27 baxış
Son xəbərlər
Lənkəranda narkotik vasitə və “patı”, şüşə kimi tanınan psixotrop maddə satan daha 4 nəfər saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rövşən Mirzəyev Liman şəhəri ərazisində heroin satarkən saxlanılıb və üzərindən 4 bükümdə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə Rövşən Mirzəyevə həmin psixotrop maddəni Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Ələsgər Kəlbizadənin satdığı müəyyən olunub. Ələsgər Kəlbizadənin yaşadığı evin zirzəmisindən 1 kiloqram 43 qram heroin, 512 qram “patı”, “şüşə” kimi tanınan metamfetamin aşkarlanaraq götürülüb.
Keçirilən əməliyyat zamanı həmçinin rayon sakinləri Rakif Əliyev və Vaqif Mirzəyev də tutulub. Onların üzərindən 14 bükümdə heroin və metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.