Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər! Daha bir ölkədən Azərbaycana qarşı XAİN ADDIM və Türkiyənin buna sərt cavabı... Türkiyə XİN Belçika parlamentinin aşağı palatasının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnaməni pisləyib. Aksoy qeyd edib ki, bu sənəd Belçika Nümayəndələr Palatasının, eləcə də bir sıra digər parlamentlərin ermənipərəst ritorikanın alətinə çevrilməsinə bariz nümunədir, onlar qərəzli hərəkət edir və daxili siyasətə yönəlmiş dar maraqların girovuna çevrilirlər. “Qətnamə Türkiyə-Belçika münasibətlərinə kömək etməyəcək və regionda sülhə və sabitliyə nail olmaq üçün səylərə xidmət etməyəcək. Bu cür qətnamələr Ermənistanın faktları qəbul etməsi prosesini də ləngidir və onu öhdəliklərini yerinə yetirməkdən yayınmağa sövq edir”, - o qeyd edib. Gülnar Ələmdarqızı Yeni Kanal