Çörək zavoduna basqın edildi
19 baxış
Son xəbərlər
Polis saxlanılan şəxsin analoji cinayətlərini aşkarlayıb.
Bir nəfər maskalı şəxs əlində çapacaqla Gəncə şəhərindəki çörək zavoduna basqın edərək, oradakı pul kassasından 95 manat pulu götürüb sonra da hadisə yerindən uzaqlaşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalara başlayıb. Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin və “Təhlükəsiz şəhər” Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıb.
İstintaq-əməliyyat tədbirləri nəticə polis onun daha bir analoji cinayət hadisəsi törətdiyini aşkar edib.
34 yaşlı Mübariz İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edib. Faktla bağlı hazırda cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.