Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb
13 135 baxış
Son xəbərlər
Çində işçi həmkarını hidravlik preslə sıxaraq öldürüb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, baş verən hadisə müşahidə kamerasına düşüb.
Kadrlardan görünür ki, hər iki işçi əvvəlcə hansısa materialı qurğuya yerləşdirir. Daha sonra onlardan biri idarəetmə pultuna doğru gedir. Həmin zaman digər işçi qurğuda nəyisə səhmana salmaqda davam edir. O, presin üzərinə düşdüyünü dərhal görmədiyindən vaxtında kənara çəkilməyə macal tapmır.
Pultu işə salan əməkdaş səhvini gördükdə gec olub. Onun həmkarında artıq həyat əlamətləri olmayıb.
İstintaq hazırda hadisənin qəsdən və ya təsadüfən baş verməsinə dair şübhələri araşdırır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.