AZ
Video yüklə

Camaat əziyyət çəkir: "Karantin rejimini ləğv etmək lazımdır"

128 baxış Son xəbərlər
Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər!

"Karantin rejimini aradan qaldırmaq lazımdır".

Bu sözləri Yeni Kanal intenet televiziyasına açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü söyləyib. O, bildirib ki, oliqarx məmurlar və bir sıra xalqdan uzaq deputatlar, iş adamları kefdədir, qara camaat isə karantindən çox böyük əziyyət çəkir. Mübariz Göyüşlü hesab edir ki, yayın qızmar istisində insanların evə qapanması əhalinin sıxıntılarını ötən hər gündə daha da artırır:

"Bunun xəstəsi var, imkansızı var, qocası var, uşağı var" - deyən təşkilat sədri Nazirlər Kabineti yanında Operativ Qərargahı və TƏBİB-i karantinin aradan qaldırılmasına çağırıb:

"Sizi inandırıram ki, sorğu keçirilərsə insanların nə qədər narazı olduğu, əziyyət çəkdiyi ortaya çıxacaq. Hamının bağı, evdə bütün günü kondinsioner yandırmaq imkanı, kifayət qədər pul ehtiyatı, dövlət işi yoxdur ki, xüsusi karantin rejimini ağrısız-acısız keçirsin. Günəmuzd işləyən nə qədər insan var ki, artıq neçə aydır iş yerini itirdiyinə görə çox böyük sosial problemlərlə qarşı-qarşıyadır. Hökumət də 190 manat pul verdi. Əvvəla bu pul ehtiyacı olan çox adama verilmədi. İkincisi 190 manat belə bir aylıq çörək ehtiyacını qarşılamaq gücündə deyil. Üstəlik karantinin psixoloji gərginliyi, əhalidə narahatlıqları, sarsınıtını, əsəbi, stresi daha da artırıb. Yay fəslində insanlara çimərliyə getməyə belə icazə verilməməsi qərarlrdan ən absurd olanıdır. Bu qadağanın səbibi ümumiyyətlə anlaşılmazdır. İnsanlar artıq kinayə ilə belə deyirlər: Biz koronavirusdan yox TƏBİB-in səhv qərarlarından öləcəyik".

Mübariz Göyüşlü bildirib ki, artıq yoluxmanın azalması, sağalmanın artma dinamikası da göstəriri ki, proses müsbətə doğru gedir.

"Belə olan halda karantinin aradan qaldırılması, yaxud da əhəmiyyətli dərəcədə yumşaldılması ən doğru qərar ola bilər".

Röya İsrafilova Yeni Kanal

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.