Bu təsdiqlənərsə, müharibə yenidən başlayacaq..

  • 30.11.2020
  • 0

Xəbər verdiyimiz kimi, noyabrın 18-də Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim edilib, layihə cəmi bir neçə gün sonra- noyabrın 25-də tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılıb və qəbul olunub. Fransa Senatının ermənipərəst mövqe nümayiş etdirərək bu cür qətnamə layihəsi qəbul etməsinin bölgədə münaqişəni daha da alovlandırdığını deyən politoloq Qabil Hüseynli bu qərarın əsl mahiyyətini və regiona olacaq təsirləri ilə bağlı Publika.az-ın suallarını cavablandırıb: Fransa Senatının qondarma Dağlıq Qarabağı tanıması ilə bağlı qərarına qarşı Azərbaycan hansı adekvat tədbirləri görə bilər? Qətnamə hökumət üçün tövsiyə xarakteri daşıyır və Dağlıq Qarabağın tanınması ilə bağlı atılan bir addımdır. Hazırda Azərbaycan tərəfi bununla bağlı təcili tədbirlər görür. Fransa ilə danışıqlara getməli və Senatın bu qərarının reallaşdırılmasına imkan verilməməlidir. Fransa hökuməti bu gün o qədər pozucu və ermənipərəst mövqe nümayiş etdirir ki, qondarma Dağlıq Qarabağı tanıya biləcək bir qərar qəbul edir. Bu tanınmamı həm də Avropa qitəsinə yaymağa çalışırlar. Bu qitədə Belçikadan başqa Fransa nümunəsini təkrar etməyə hazır olan dövlət hələ ki, görünmür. Amma tanınmalar prosesi davam edə bilər və Kosova variantına oxşar bir variant yarana bilər. Bütün bunlara baxmayaraq, necə ki, Abxaziya və Cənubi Osetiyanı Rusiya tanıyıb, amma bu, bir neçə dövlətdən kənara çıxa bilməz ki, onun da çox böyük prinsipial əhəmiyyəti yoxdur. Amma hər halda bunu beşiyində boğmaq tələb olunur. Azərbaycan Fransaya nota göndərməli, oradakı səfirlik və diaspor təşkilatları bu məsələdə aktiv fəaliyyət göstərməlidir? ___________________________________________________________________________ ► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur ► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. ► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp) ► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?