AZ
Video yüklə

Bu rayonda narkotik maddə aşkarlandı

12 baxış Son xəbərlər
Polisin keçirdiyi əməliyyat nəticəsində 2 kq-dan artıq tiryək aşkarlanıb Masallıda evdən 2 kiloqramdan artıq tiryək aşkarlanıb. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan artıq nakotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmşir Məmmədov saxlanılıb. Keçirilən şəxsi axtarış zamanı onun üzərindən 27 qram narkotik vasitə tiryək aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Şəmşir Məmmədovun yaşadığı evə baxış keçirilərkən oradan 2 kiloqram 170 qram tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.