AZ
Video yüklə

BMT rəsmisi Ağdama səfər etdi

12 baxış Son xəbərlər
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifin başçılıq etdiyi nümayəndə heyəti Ağdam rayonuna səfər etdi.

BMT nümayəndələrini Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qarşıladı. O, qonaqları Ağdamda şəhərsalma üzrə aparılan yenidənqurma işləri ilə tanış etdi.

Qeyd edək ki, Maimuna Mohd Şərif ölkədə inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı şəhər inkişafını təşviq etmək, habelə təmsil etdiyi BMT agentliyi ilə əlaqələri möhkəmləndirmək üçün Azərbaycana səfər edib.

Daha sonra qonaqlar Ağdam Şəhidlər xiyabanını ziyarət etdi.

BMT nümayəndələri Ağdam “Cümə” məscidinə, Qarabağ xanlarının türbələri və İmarət kompleksinə, Şahbulaq qalasına da baş çəkdilər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.