Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Guterres 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə videomüraciət edib. N-XƏBƏR bildirir ki, videoçarx YouTube-da BMT-nin xəbərlər xidmətinin kanalında dərc edilib. “Biz kişilərin üstün olduğu dünyada yaşayırıq. Bu, hökumətlərə, dövlət orqanlarına, özəl sektorlara, həm də beynəlxalq təşkilatlara, həmçinin BMT-yə aiddir. Beləliklə, hakimiyyət məsələsi gender bərabərliyinin əsas məsələsidir. Və buna görə də bizim ən vacib məsələmiz hakimiyyəti qadınlara verməkdir”, - o deyib. Quttereş əlavə etdi ki, təşkilat böyük rəhbərlər qrupunda paritetə nail olub və bütün ölkələrdə BMT-nin menecerləri səviyyəsində buna nail olmaq niyyətindədir.