AZ
Video yüklə

Bərdədə narkotacir tutuldu

16 baxış Son xəbərlər
Bərdədə narkotik bitki yetişdirib, satmaq istəyən şəxs saxlanılıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəymədağıldı kənd sakini Bəhlul Hüseynov saxlanılıb.

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman təmiz çəkisi 5 kiloqramdan artıq olan qurudulmuş marixuana, eləcə də həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 19 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.