Bənövşəyi kartofun faydalarını bilirdiniz?

  • 05.07.2024
  • 0

7000 il bundan qabaq Cənubi Amerikada İnka krallarına məxsus olan bənövşəyi kartofu Tanrıların yeməyi adlandırırlar.

Adi kartofdan 10 dəfə artıq antioksidan və antosiyana malik olan bənövşəyi kartof dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Türkiyədə, Rusiyada da becərilir.

Bu kartofu daha çox çəki vermək, zərif qalmaq istəyənlər yeməyə çalışır. Bənövşəyi kartof eyni zamanda karbonhidrat, kalium, C vitamini, folk turşusu və dəmir mənbəyidir.

Hüceyrələri qoruyan, vücudu gəncləşdirən kartof göz və ürək xəstəliklərinin dərmanıdır.

Çox şirin olan bənövşəyi kartof xərçəng hüceyrələrinin artmasının qarşısını alır, qan damarlarını təmizləyir və qan təzyiqini daim tənzimləyir. Bu kartofu adi kartofdan fərqləndirən bir cəhəti də var.

Belə ki, bənövşəyi kartofu qızartmaq olmaz.