Antalyanın Alanya qəsəbəsində 43 yaşlı Hakan Şahin iş yoldaşlarına Whatsappda başına tapança dayadığı fotosunu paylaşıb, Оxu.Az Milliyyətə istinadən xəbər verir. Hakan Şahin şəklin altına "Yolun sonuna gəldik. Bunun səbəkarı S.Y., S.A. ve A.Y. Bu yerdə arxası olan istifadə etdi. İstifadə etsin görək. Ümid edirəm aidiyyəti şəxslər eşidər. Son olaraq heç kim dəfnimə gəlməsin. Allah səni bildiyi kimi etsin S. xanım" yazdıqdan sonra avtomobilində ölü tapılıb. Fotonu görən iş yoldaşları polisə müraciyyət ediblər. Polis parklanmış avtomobildə Hakan Şahini başından güllə ilə vurulmuş vəziyyətdə tapıb. İntihar zamanı istifadə edilən tapança da cəsədin yanında olub. N.H. www.oxu.az