#evdəqal #koronavirus #covid19 Bakılı oğlan Bəhram Bağırzadənin qoşulduğu EKMO cihazı nədir? COVID-19 infeksiyasına yoluxmuş əfsanəvi "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, Əməkdar artist Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsindədir və vəziyyətinin kəskin pisləşməsi səbəbindən qısa adı EKMO olan Ekstrakorporal Membran Oksigenasiya cihazına qoşulub; intensiv müalicəsi davam edir. Qeyd edim ki, mediada bildirilir ki, Azərbaycandakı koronaviruslu xəstələr arasında EKMO cihazının qoşulduğu ilk pasiyent məhz Bəhram Bağırzadədir. Çünki indiyə qədər Azərbaycanda EKMO cihazına qoşulacaq qədər ağır xəstə olmayıb. Bəs EKMO cihazının nə olduğunu bilirsinizmi? EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyərin və ürəyin funksiyalarını yerinə yetirərək, xəstədə mövcud olan problemlərin həlli məqsədilə həkimlərə 2-3 həftə vaxt qazandıran bir müalicə üsuludur. İnsanlar bu cihaz vasitəsilə 2 aydan bir qədər artıq yaşaya bilərlər. Dünya təcrübəsində EKMO cihazı altında ağ ciyərsiz yaşama müddəti maksimum 62 gündür. EKMO-nun ilk uğurlu versiyası 1971-ci ildə həkimlər J.Donald Hill və Mauri Bramson tərəfindən Kaliforniyada tətbiq olunub. Son illərdə isə bu cihaz ciddi inkişaf yolu keçib. Belə ki, mexaniki qan dövranı dəstək sistemlərindən biri olan EKMO texnologiyadakı inkişaf və istifadə təcrübəsində daha da təkmilləşdirilmişdir. EKMO cihazı müvəqqəti olaraq ağ ciyərlərin funksiyasını yerinə yetirməklə, qanı oksigenlə təmin edir. Həmin avadanlıqdan ağır sətəlcəm şəraitində nəfəs almağa çətinlik çəkən xəstələri müalicə etmək üçün istifadə olunur. Texniki olaraq qan venoz qan dövranından orqanizmin xaricinə çəkilir və oksigen artırılıb, karbon-dioksid azaldılaraq, təkrar ya venoz qan dövranına, ya da arterial sistemə geri verilir. İşləmə prinsipi olaraq açıq ürək əməliyyatlarında gündəlik istifadə olunan süni ağciyər-ürək cihazının fərqli modifikasiyası olduğunu söyləmək olar. EKMO cihazının iki fərqli növü var: Venoarterial (VA) və Venovenoz (VV). Venoarterial EKMO, həm oksigenverici, həm də qan dövranına mexaniki dəstək məqsədilə ürək və ağciyər çatışmazlığının birlikdə olduğu vəziyyətlərdə istifadə edilir. Venovenoz EKMO isə sadəcə, ağciyər çatışmazlığı olan vəziyyətlərdə oksigen alış-verişinə dəstək məqsədilə istifadə olunur. Qan venoz sistemdən çəkilib təmizləndikdən sonra təkrar venoz sistemə verilir. Ümumiyyətlə, EKMO-nun istifadəsində fizioloji olaraq məqsəd toxumalarda normal oksigen dövranını tənzimləmək və ağciyərlər istirahət edərkən karbon-dioksidi uzaqlaşdıraraq normal aerobik metabolizmaya şərait yaratmaqdır. İmmun sistemi patogenlə mübarizə apardığı dövrdə bu cihaz həmin orqanlara istirahət üçün şərait yaradır. Hemofiltirasiya, ciddi ürək çatmazlığı olan (kardiomiopatiya) xəstəyə EKMO qoşularaq xarici ölkəyə transferi, qaraciyər çatışmazlığında MARS (Molekulyar absorban resirkulyasyon sistem) və ya qaraciyər dializi proseduru həyata keçirmək mümkündür. Məlumat üçün qeyd edim ki, EKMO cihazından Azərbaycanda cəmi 6 ədəd olduğu bildirilir. Onu da bildirim ki, Yaponiyada yeni koronavirusa yoluxmuş ən azı 23 nəfər EKMO cihazı vasitəsilə müalicə olunub və onlardan heç biri vəfat etməyib. Ümid edək ki, Bakılı oğlan da EKMO cihazının köməyi ilə şəfa tapacaq. Özünüzü qoruyun, evdə qalın, sağlam qalın! Foto/video: https://commons.wikimedia.org/wiki/Category:Extracorporeal_membrane_oxygenation Musiqi: Joker NEW 3:32 Causmic Hip Hop & Rep | Tünd TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html TarPas "twitter"də: https://twitter.com/Cekli829 Tövsiyə etdiyim videolarım: ➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA ➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs ➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro ➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0 ➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak ➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk ➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw ➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw ➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno ➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM Musiqi: YouTube Library





























