Bakıda YPX əməkdaşını başından bıçaqladılar

  • 27.11.2019
  • 0

 

Bakıda YPX əməkdaşını öldürmək istəyənlərin dəhşətli əməlinin görüntüsü ortaya çıxıb. 

Sfera.az  xəbər verir ki, hadisə ötən ilin iyunun 15-də baş verib. ARB-nin "Kriminal" verilişində baş verən hadisənin görüntüləri tamaşaçılara təqdim olunub. 

Elman Sadıxov və Elçin İbrahimov Dövlət Yol Polisinin əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb. E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.

Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun bıçaqla baş nahiyəsindən vurublar.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.

Daha sonra polis əməkdaşını bıçaqlayan şəxslər saxlanılıb.

Nə düşünürsən?