Bakıda təmizlikçi qadınlar həyatını belə riskə atdı

  • 14.02.2022
  • 0

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı Bakı baza tibb kollecinin təmizlik işçiləri həyatını riskə atıb.

Metbuat.az-ın qaynar xəttinə gönərilən görüntülərdən də aydın olur ki, heç bir təhlükəsizlik qaydalarına riayət etməyən təmizlik işçisi 4-cü mərtəbənin çöl tərəfindən pəncərəni silir.

Məsələ ilə bağlı Metbuat.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sorğu ünvanlayıb. Sorğuya cavab olaraq Xidmətin mətbuat katibi Aynur Osmanqızı bildirdi ki, görüntülər araşdırılmaq üçün aidiyyatı üzrə müvafiq şöbəyə yönləndirilib.

Baş verənlərə münasibət bildirən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev dedi ki, binaların şüşələri təmizlənən zaman bütün təhlükəsizlik tədbirləri görülməli, bu işi görən şəxslərinnəzərə alınmalıdır. Yəni hər insanı çoxmərtəbəli binanın bir pəncərəsindən çıxardıb orada hansı bir təmizlənməsi işini tapşırmaq düzgün deyil.

Nə düşünürsən?