Bakıda restoran sahibi öldü
554 baxış
Son xəbərlər
Bakıda əcnəbi biznesmen işlətdiyi restoranda öldü Bakıda əcnəbi vətəndaş restoranda ölüb. Bu barədə Lent.az məlumat yayıb. Bildirilir ki, hadisə Nəsimi rayonu H. Aslanov küçəsində yerləşən "Rahat restaurant" yeməkxanasında qeydə alınıb. Buranın sahibi Pakistan vətəndaşı olan 55 yaşlı Hussain Rahat qəfil ürəktutmasından ölüb. İlkin araşdırma zamanı onun ürək ağrılarından əziyyət çəkdiyi və yeməkxanada bacısı oğlu Saad Hussainin yanında öldüyü müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.