AZ
Video yüklə

Bacı-qardaşın meyiti evdən tapıldı

490 baxış Son xəbərlər
Türkiyədə baş vermiş dəhşətli qətlin təfərrüatı üzə çıxıb.


Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,19 yaşlı Duyqu və 20 yaşlı Məhəmməd Yusuf Tekin Beylikdüzündə evdə ölü tapılıblar.

İddiaya görə, Muhammet Yusuf bacısı Tekin Duygu Forgetzi tapança ilə öldürdükdən sonra özü də intihar edib.

Beylikdüzü, Kavaklı Məhəlləsində yerləşən mənzilin sakinləri yuxarı mərtəbədən atılan atəş və qışqırıqlardan sonra polisə xəbər verib. Hadisə yerinə gələn polis əməkdaşları Məhəmməd Yusuf Tekin (20) və Duygu Forgetzin (19) cansız bədənləri ilə qarşılaşıb.

Polis hadisə zamanı evdə olan Məhəmməd Yusuf Tekinin anası və qardaşından ifadə alıb. Ölən gənclərin cəsədləri evlərində aparılan müayinələrdən sonra yarılması üçün Ədliyyə Tibb İnstitutuna aparılıb.

Qeyd edək ki, hadisə zamanı ölənlər bacı-qardaşdır.

Tərcümə: Aynur Məcidova

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.