AZ
Video yüklə

Bakıda qadına qarşı soyğunçuluq edildi

58 baxış Son xəbərlər
Bakıda telefona baxan qadına arxadan bir nəfər hücum edib. Xezerxeber.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində baş verib. Soyğunçuluq anı ərazidəki təhlükəsizlik kameralarından birinə düşüb. Naməlum şəxs qəsəbə sakini olan qadının mobil telefona baxdığını görüb, arxadan ona yaxınlaşaraq qəfil hücum edib. Həmin şəxs əvvəlcə qadının çantasını almaq istəyib. Qadın ona müqavimət göstərdiyindən yerə yıxılıb, bu zaman telefon kənara düşüb. Həmin şəxs qadını döyüb çantasını almaq istəsə də, istəyinə nail ola bilməyib və yerə düşən telefonu götürərək hadisə yerindən qaçıb. Yaralı qadın hadisə ilə bağlı rayon polis idarəsinə məlumat verib. Rayon polis idarəsinin əməkdaşları soyğunçuluq törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq maddəsi ilə məhkum olunmuş 48 yaşlı Elman Abidovu müəyyən edərək saxlayıblar. Faktla bağlı başlanan cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.