Bakıda keçmiş məhkum yaxalandı
28 baxış
Son xəbərlər
Sabunçu rayonu Balaxanı və Muxtarov qəsəbələrində rabitə naqillərini gizli olaraq oğurlayan şəxs saxlanılıb. DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini İlqar Səfərov tutulub. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək qeyd edib ki, dəfələrlə qeyd edilən qəsəbələrin ərazisindən keçən rabitə naqillərini kəsib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.