Bakıda İngiltərə vətəndaşını şantaj ediblər
10 baxış
Son xəbərlər
Bakıda şantaj edildiyini bildirən əcnəbi ölkə vətəndaşı hüquq-mühafizə orqanlarına müraciət edib.
Bu barədə “Qafqazinfo” məlumat yayıb. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edən Böyük Britaniya vətəndaşı, 1966-cı il təvəllüdlü, şərti adı C.G olan şəxs bildirib ki, bu ilin mart ayından etibarən Azərbaycan vətəndaşı olan 3 nəfər tərəfindən şantaj edilir. O qeyd edib ki, özlərini Elnarə, Vüqar və Jasmin kimi təqdim edən şəxslər onu intim görüntülərini yaymaqla hədələməyə və pul tələb etməyə başlayıb.
Şikayətçi geridə qalan 10 ay ərzində həmin şəxslərin hədə-qorxu yolu ilə ondan 200 min manat pul aldıqlarını əlavə edib.
Qeyd edək ki, polisə müraciət edən Britaniya vətəndaşı 10 ildir ki, Bakıda yaşayır və əcnəbi şirkətlərdən birində rəhbər vəzifədə çalışır. O, azərbaycanlı qadınla evlidir.
C.G-nin müraciəti ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.