Bakı Ekspo 2025-ə ev sahibliyi edə bilər
292 baxış
Son xəbərlər
Bakı şəhəri Ekspo-2025 Ümumdünya Sərgisinə ev sahibliyi üçün əsas namizədlərdən biridir.
Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, paytaxtın bu mötəbər tədbirə hazırlıqları ilə ətraflı tanış olan Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes təəssüratlarını media mənsubları ilə bölüşüb.
Qonaq Azərbaycanın Ümumdünya Ekspo-2025 Sərgisi üçün yeni və çox maraqlı bir məkan olduğunu bildirib. Onun fikrincə, bu mübarizəyə ilk dəfə qoşulan Azərbaycan özünəməxsus zəngin təbiəti, mədəniyyəti, qədim tarixi, Avropa ilə Asiyanın arasında, Böyük İpək yolunun üstündə yerləşməsi, dini tolerantlığı ilə “Ekspo” ailəsi üçün kifayət qədər cəlbedici ölkədir.
Dimitri Kerkentzes media nümayəndələri ilə görüşdən sonra Ekspo-2025 Bakı kitabına ürək sözlərini yazıb. Qeyd edək ki, Ekspo-2025 üçün seçilən ərazi yüksək nöqtədən Azərbaycanın Dövlət gerbi olan səkkizguşəli ulduz şəklində görünür.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.