Azərbaycanda yeni avtomobil zavodu tikilir
12 baxış
Son xəbərlər
Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
REAL xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin “Qaz Qrup” şirkətinin iştirak ediblər.
Bildirilib ki, tikinti işləri növbəti ilin ortalarına təhvil verilməsi nəzərdə tutulur, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehalı 1000 avtomobil təşkil edəcək. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq.
Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri ilə və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, ötən ilin aprel ayında Rusiyanın “QAZ” ASC və Azərbaycanın “Azərmaş” ASC arasında kiçiktonnajlı avtomobillərin Azərbaycanda yığılmasına dair uzunmüddətli əməkdaşlıq haqqında Memorandum imzalanıb, noyabr ayında isə avtomobil zavoduna Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib.
Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.