Azərbaycanda oğurluq edən şəxs tutuldu
9 baxış
Son xəbərlər
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli rayon Polis Şöbəsinə Çaxırlı kəndindəki mağazaların birindən 650 manat pul, orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından isə 4000 manatın oğurlanması barədə məlumat daxil olub.
Əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nahid Süleymanov müəyyən edilərək saxlanılıb.
Məlum olub ki. o həmçinin Bərdə rayonunun Kələntərli kəndinin ərazisindəki daha bir mağazadan 150 manat pul, 200 manat dəyərində tütün məmulatı, videomüşahidə kamerasının yaddaş qurğusu və orada quraşdırılmış “E-Manat” ödəmə terminalından 1 611 manat pul, Ağsu şəhəri ərazisindəki digər bir mağazadan 100 manat pul, 2 700 manat dəyərində tütün məmulatı, noutbuk, orada quraşdırılmış “E Manat” terminalından 2 418 manat pul, Muradlı kəndindəki digər mağazadan isə 80 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.