Aynişan Aygün Bəylərin qızı üçün ADDIM ATDI

  • 07.01.2024
  • 0

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva ötən gecə vəfat edən müğənni Aygün Bəylərin qızı ilə bağlı addım atmaq qərarına gəlib.

 1 milyondan çox izləyicisi olan bloger sosial şəbəkə hesabında mərhum sənətkarın yeniyetmə qızı Cananla bağlı paylaşım edib.

Aynişan “Aygün xanımın qızına dəstək olmalıyıq, yaşı azdır. Gəlin. Düşünək, necə edək... Mən ona görə çox narahatam” -, deyə paylaşımında qeyd edib.

İzləyicilərindən biri ona mərhumun 14 yaşlı qızı üçün bank hesabı açmağı və onun gələcəyi üçün pul yığmağı təklif edib. Bloger sözügedən mesajı paylaşaraq izləyicilərindən bunu edib-etməmək barədə məsləhət istəyib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib.

Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.