İranda polis qadını döyür

  • 15.05.2024
  • 0

İranda bir polis məmurunun qadına məcburi hicab qaydalarına əməl etmədiyi səbəbi ilə  hücum çəkməsinin görüntüləri ciddi müzakirələrə səbəb olub.

 

 polis idarəsi sözügedən polis məmurunun nəzarətə alındığını açıqladı.

 

Sosial mediada paylaşılan, lakin nə vaxt və harada çəkildiyi bəlli olmayan kadrlarda polis məmurunun qadına 3 dəfə şillə vuraraq polis maşınına zorla mindirdiyi aydın şəkildə görülür.

 

Hadisəyə verilən reaksiyalardan sonra Polis İdarəsi öz yazılı açıqlamasında görüntülərin doğruluğunu təsdiqləyib.

 

Bəyanatda qadına qarşı fiziki zorakılıq tətbiq edən polis məmurunun davranışı “mənəvi dəyərlərdən uzaq” olaraq xarakterizə edilərək, “Əxlaqi dəyərlərdən uzaq davranışını əks etdirən video yayımlandıqdan sonra məmur vəzifəsindən uzaqlaşdırılıb və saxlanılıb" - , deyə bəyanat verilib.

 

Polis bəyanatda vətəndaşları qaydalara əməl etməyə çağırıb.

 

Görünən odur ki, son həftələr İranın paytaxtı Tehranda hicab yoxlamaları yenidən başlayıb. İran Polis Departamentinin baş komandanı briqada generalı Əhməd Rza Radan mayın 1-də verdiyi açıqlamada prezidentlik və Daxili İşlər Nazirliyinin tələbi ilə yoxlamalara başladıqlarını bildirib.

Nə düşünürsən?