Son 3 ildə ölkəyə 500 dən artıq yeni avtobuslar gətirilib və bu müntəzəm olaraq davam edir. Əfsusular olsun ki, bəzi vətəndaşlar, avtobus parkının yenilənməsinə baxmayaraq, bu nəqliyyat növlərinə hələ də ziyan verirlər.
Metbuat.az xəbər verir ki, mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.
Elməddin Muradlı – Ekspert: “Pis tərəfi odur ki, cırıb dağıdırlar. Alışqanla yandırırlar. Bu elə bir hərəkətdir ki, qərəzli şəkildə əmlaka maddi ziyan vururlar”.
Bu kimi hallardan elə daşıyıcılar da bezib. Vəziyyətin belə olduğunu görən, avtobus şirkətləri dəymiş ziyanla bağlı sosial şəbəkələr üzərindən paylaşım da ediblər. Avtobus parkı dəyişsə də, yenilənsə də, dəyişməyən, illərdir müşahidə etdiyimiz hallardır. Kimsə, nəsə yeyib atır, cızır, ziyan vurur, sındırır...
Bir dövrədən qayıdan avtobus, hansi ki, vətəndaşları mənzil başına çatdırıb və növbəti reysə hazırlaşır. Baxsaq nəqliyyat vasitəsinin içərisində konfet kağızı, işlənmiş salfet və kağız parçası, hansı ki ayaqqabılarını təmizliyib avtobusun içinə atıblar.
Mütəxəssislər deyir ki, çıxış yolu həmin vətəndaşları müəyyən edib, dəymiş ziyanın ödənilməsindədir. Eyni ilə həmin şəxsləri ictimai qınağa da cəlb etməklə, digərlərini bu hərəkətlərdən çəkindirmək olar.
Bir şeyi unutmaq olmaz ki, ictimai nəqliyyatdan normal istifadə, həm də təhlükəsizlikdir. Gigiyenik qaydalara, avtombusun təmiz və səliqəli olması, cəmiyyətimizin hər bir fərdini qorumaq deməkdir...